Hindistanda ticarət mərkəzində partlayış


Dünya 15 May 2019 20:39:00 269 0

Hindistanda ticarət mərkəzində partlayış

Hindistanın şimal-şərqində, Quvaxati şəhərində partlayış olub.

Trend-in məlumatına görə, hadisədə 6 nəfər yaralanıb, 2-nin vəziyyəti ağırdır.

Terrorçuların ticarət mərkəzinə qumbara atdığı bildirilir. Partlayışa görə məsuliyyəti "Assamanın azadlığı cəbhəsi" terror qruplaşması öz üzərinə götürüb.

Ərazi polis tərəfindən nəzarətə alınıb.