Türkiyədə 23 iyun seçkilərində yenilik olacaq?


Digərləri 15 May 2019 18:19:00 199 0

Türkiyədə 23 iyun seçkilərində yenilik olacaq?

Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbul Böyükşəhər Bələdiyyə rəhbərliyi uğrunda seçkilərin ləğvi qərarından sonra bütün diqqət 23 iyun seçkilərində nə olacağına yönəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, YSK sədri Sadi Güvən jurnalistlərə açıqlamasında bildirib ki, proses zamanı, sadəcə, məntəqə seçki komissiyaları dəyişəcək.

"Bundan başqa, hər hansı dəyişiklik olmayacaq. Növbəti seçkilər 31 mart seçkilərindəki şərtlərlə keçiriləcək. 

Səs verə bilməyən seçicilərlə bağlı 5 gün öncə, iyunun 18-də siyahıda dəyişiklik edilmədən yanına "səs verə bilməz" yazılacaq.