“Oğlum atasının yoxluğuna zamanla öyrəşəcək”


Digərləri 15 May 2019 17:47:00 241 0

“Oğlum atasının yoxluğuna zamanla öyrəşəcək”

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Kanal D-də yayımlanan "İkinci sayfa" proqramında eks-həyat yoldaşı Tolqa Karel barədə danışıb.  

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Günay aliment mövzusunu yenidən gündəmə gətirərək Karelin oğlu Cahangirə diqqət göstərmədiyini bildirib: "Tolqa alimenti ödəmir. Kartıma cəmi iki ay pul köçürdü, daha sonra ondan səs çıxmadı. Beş ildə bizə min TL pul ödəyib. Oğluna da diqqət göstərmir. Heç ad günlərində belə yadına salmır. Cahangir atasını görmək istəyir, lakin zamanla yoxluğuna öyrəşəcək.

Proqramda öyrənirəm ki, Tolqa ikinci evliliyindən ikinci  dəfə ata olacaq. Nə deyim? İnşallah, daha yaxşı ata olar. Mən isə oğlumun həm anası, həm də atası oldum. Cahangir atası barədə heç kimdən neqativ bir şey eşitməyib. İnsan övladından necə imtina edə bilər? Təəsüf".