Ramiz Rövşənlə görüşdə anşlaq


Kriminal 15 May 2019 17:18:00 258 0

Ramiz Rövşənlə görüşdə anşlaq

Məşhur şair Ramiz Rövşənin kitab təqdimatı və imza günündə anşlaq olub.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, görüş bu gün LIBRAFF-ın Park Akademiya filialında baş tutub. Sevilən yazıçı, şair və kinossenarist oxucularına yeni kitablarından bəhs edib onların suallarını cavablandırıb:

"Mən bu qədər oxucunu, sizin sevginizi görüb çox sevinirəm. Həmişə demişəm, uşaqlara şeiri, dilimizi sevdirmək onları körpəlikdən peyvənd etməkdir. Yeni kitabımda hər hərfə şeir yazılıb. Övladlarınıza sevgi öyrədin, sevgi aşılayın. Klassik uşaq şeirlərində bir qədər sonda bədbinlik var. Mən bu dəfə uşaqlarımıza güclü və rəhimli olmağa çağırıram.

Özünə vurğunluğun, narsisliyin sonu idiotluğa gedib çıxır. Özünü sevməmək, həddindən artıq alturist olmaq isə sonda başqalarını sevməməyə. Odur ki, özünüzü sevin ki, başqalarını da sevə biləsiz. Ancaq həddini aşmamaq şərtilə"

Daha sonra şairə oxuculardan birinin ünvanladığı "Sizə bu yaşınızda da sevgi şeiri yazdıran hansı bəxtəvərdi?" sualı maraqla qarşılanıb. 


Xəbərə aid fotolar