Şəbnəm savadsızlığını etiraf etdi: "Hər bir insanın eyibləri, bilmədikləri vardır"


Şou-biznes 15 May 2019 16:44:00 266 0

Şəbnəm savadsızlığını etiraf etdi: "Hər bir insanın eyibləri, bilmədikləri vardır"

Müğənni Şəbnəm Tovuzlu ARB kanalı ilə qalmaqal yaşayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi bildirib ki, bundan sonra sözügedən telekanalda heç bir verilişə çıxmayacaq:

"Reytinq cədvəlində adı olmayan verilişlər zəng edib, yalvarıb dəvət edirlər. Hörmət edirəm, "yox" demirəm və gedirəm. Sonra da başlayırlar müğənniləri "vurmağa". Bəsdirin. Daha mənə zəng etməyin. Mən verilişə gəlirəm, məktəbə imtahan verməyə yox. Başa düşdüm, siz məndən savadlısız, ağıllısız. Bunu kimə və niyə göstərirsiz? İmamlarımız buyurur ki, hər bir insanın eyibləri, bilmədikləri vardır. Heç kim istəməz ki, bu eyibləri başqaları bilsin.

Onlar özləri də bilmədiklərimizi bilir və qəsdən sual verirlər. Bilirdilər ki, mən cavabı deyə bilməyəcəm. Çalışırlar qarşılarındakı ifaçını əzsinlər. Bezmişəm bu durumdan. Siz bizləri hörmətsiz edirsiz. Hörmətli ARB kanalının əməkdaşları, istəmirəm sizin verilişlərə çıxmaq, məni daha dəvət etməyin".