74 yaşlı anasını döyərək öldürən oğulun şikayəti təmin edilmədi


Digərləri 15 May 2019 16:48:00 237 0

74 yaşlı anasını döyərək öldürən oğulun şikayəti təmin edilmədi

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Bakı Apellyasiya Məhkəməsində anasını döyə-döyə öldürməkdə təqsirləndirilən Cəmil İslamovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, C.İslamovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən il fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib.

Əzməmmədov küçəsi, ev 12-də yaşayan 1944-cü il təvəllüdlü Zərnişan Allahverən qızı İslamova oğlu tərəfindən müxtəlif bədən xəsarətlərinə məruz qalıb. Yaşlı qadın təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ancaq 74 yaşlı qadın xəsarətləri ağır olduğundan xəstəxanada dünyasını dəyişib.