Qrizmannın transferi 2 klubun büdcəsinə xeyir edəcək


İdman 15 May 2019 16:26:00 267 0

Qrizmannın transferi 2 klubun büdcəsinə xeyir edəcək

Atletico ötən gün hücumçusu Antuan Qrizmannla yollarını ayıracağını açıqlayıb.

Goal.az-ın İspnaiya mətbuatına istinadən verdiyi məlumata görə, fransalı forvard karyerasını Barcelona-da davam etdirəcək.

"Katalonlar" keçidi iyul ayında açıqlamalı olacaq. Çünki hazırda sərbəst qalma məbləği 200 milyon avro olan ulduz futbolçunun qiyməti iyulun 1-də 120 milyona düşəcək. "Barsa" da onu 120 milyon avroya alacaq. Bu transferdən gəlir əldə edəcək digər komanda isə Real Sociedad olacaq. Belə ki, məbləğin 20 faizi (24 milyon avro) San Sebastyan klubunun büdcəsinə köçürüləcək.

Qeyd edək ki, Antuan Qrizmann Atletico-ya 2014-cü ildə məhz Real Sociedad-dan keçib.