Azərbaycan 100 mindən çox “Kalaşnikov” istehsal edib


Digərləri 15 May 2019 16:35:00 262 0

Azərbaycan 100 mindən çox “Kalaşnikov” istehsal edib

Azərbaycanda Rusiya lisenziyası ilə 100 mindən çox "AK-74M Kalaşnikov" avtomatı istehsal edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın müdafiə-sənaye kompleksinin nümayəndəsi Minskdə keçirilən "MILEX 2019" beynəlxalq silah sərgisində deyib.

Onun sözlərinə görə, ölkədə "Kalaşnikov" avtomatlarının istehsalı 2021-ci ilədək davam edəcək: "Ümumilikdə 120 minədək "AK-74M" avtomatının istehsalı nəzərdə tutulur".

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən AK-74M avtomatlarını istehsal edir. Bu avtomatlara "Xəzri" adlı verilib.