Mbappeyə yeni müqavilə təklif edildi


İdman 15 May 2019 15:52:00 213 0

Mbappeyə yeni müqavilə təklif edildi

PSG hücumçusu Kilian Mbappeni satmaq istəmir.

Goal.az-ın məlumatına görə, Paris təmsilçisi hətta gənc forvarda yeni müqavilə də təklif edib.

Real-ın transfer etmək istədiyi 20 yaşlı oyunçunun hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədərdir. PSG müddətlə yanaşı, Mbappenin maaşını da artırmaq niyyətindədir. Fransızlar Mbappenin başqa klubla görüşünün qarşısını almaq üçün qısa müddətdə onunla sözləşməni yeniləməyə çalışır.

Qeyd edək ki, Real Kilian Mbappeni 250 milyon avroya transfer etmək fikrindədir.