Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirləri beynəlxalq səviyyədə xüsusi mükafata layiq görülüb


Digərləri 15 May 2019 15:50:00 182 0

Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirləri beynəlxalq səviyyədə xüsusi mükafata layiq görülüb

Ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks təsirli tədbirlər beynəlxalq səviyyədə xüsusi mükafata layiq görülüb.

Bakı. Ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks təsirli tədbirlər beynəlxalq səviyyədə xüsusi mükafata layiq görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa regionunda sosial sahədə qabaqcıl təcrübələrin qiymətləndirilməsi üçün keçirdiyi ən “Yaxşı təcrübə” müsabiqəsində Azərbaycanın daha bir uğurlu iş təcrübəsi - ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirlər ən “Yaxşı Təcrübə” xüsusi mükafatına layiq görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov Prezident İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nına əsasən ardıcıl işlərin aparıldığını bildirib.