Bacısının ərini küçədə qətlə yetirən şəxsə ağır cəza - 15,5 il


Digərləri 15 May 2019 16:03:00 209 0

Bacısının ərini küçədə qətlə yetirən şəxsə ağır cəza - 15,5 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Ağakişiyev 15 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, ötən il avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonunda Ağakişiyev Samir Bəşir oğlu bacısının həyat yoldaşı, 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunu küçədə iki bıçaq zərbəsi ilə qətlə yetirib.