UEFA-nın Avropa Liqasının final oyununa gələnlər üçün xüsusi sayt hazırlanıb


Digərləri 15 May 2019 15:42:00 187 0

UEFA-nın Avropa Liqasının final oyununa gələnlər üçün xüsusi sayt hazırlanıb

Azərbaycan Turizm Bürosu tərəfindən mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəyə gələcək xarici qonaqların qabaqcadan məlumatlandırılması məqsədilə veb-sayt hazırlanıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Turizm Bürosu tərəfindən mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəyə gələcək qonaqların qabaqcadan məlumatlandırılması məqsədilə veb-sayt hazırlanıb. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, informativ xarakter daşıyan https://bakufinal.azerbaijan.travel/ ünvanında yerləşən saytda azarkeşləri maraqlandıra biləcək suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib. Bakıya uçuş həyata keçirən hava yolları şirkətlərinin birbaşa və çarter reysləri barəsində məlumat yerləşdirilən saytda viza əldə etmək qaydaları və şərtləri, hotellər, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu və burada təşkil olunacaq təhlükəsizlik tədbirləri barədə dolğun məlumat verilir.