ABŞda mal əti dükanlardan yığışdırıldı


Dünya 15 May 2019 15:31:00 213 0

ABŞda mal əti dükanlardan yığışdırıldı

ABŞ-ın 10 ştatında mal ətindən istifadə nəticəsində bağırsaq çöpləri infeksiyası yayılıb

ABŞ-ın 10 ştatında mal ətindən istifadə nəticəsində bağırsaq çöpləri infeksiyası yayılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktikası üzrə Federal Mərkəzin yaydığı açıqlamada qeyd edilib.

Məlumata görə, bu gün üçün 196 infeksiyaya yoluxma halı qeydə alınıb. Onların arasında azyaşlılar və yaşlı insanlar da daxil olmaqla 28 nəfərin bu diaqnozla xəstəxanaya yerləşdirildiyi bildirilir.

Ötən ayla müqayisədə bu göstəricinin artdığı qeyd edilir.