1 hakimin səlahiyyətlərinə xitam verilib, digəri vəzifəsindən azad olunub - ADLARI


Digərləri 15 May 2019 15:30:00 199 0

1 hakimin səlahiyyətlərinə xitam verilib, digəri vəzifəsindən azad olunub - ADLARI

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Bakı. Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında dövlət başçısı cənab İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanı üzrə görülən işlər müzakirə edilib. Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə bildirilib ki, Fərmanın icrasından irəli gələn məsələlər dərhal bütün apellyasiya məhkəmələri sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə Şurada geniş müzakirə edilərək kompleks tədbirlər müəyyən olunub. Qarşıya qoyulmuş məsələlərin icrasının təşkili məqsədilə Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Baş Prokurorluğun məsul vəzifəli şəxslərindən ibarət xüsusi işçi qrupu yaradılıb. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafının sürətlənməsi, məhkəmələrə müraciət imkanının asanlaşması, “Elektron məhkəmə” informasiya sisteminin tam tətbiqi üzrə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş və silsilə ictimai müzakirələr keçirilib, televiziya və digər kütləvi informasiya vasitələrində yüzlərlə çıxışlar edilib. Həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi məqsədilə xarici dövlətlərə ezamlar təşkil edilib, birgə işçi qrup tərəfindən bu sahədə bir sıra mühüm qanunvericilik layihələri hazırlanıb.