"Şəxsi heyət yüksək döyüş əzminə və qələbə ruhuna malikdir"


Siyasət 15 May 2019 14:50:00 65 0

"Şəxsi heyət yüksək döyüş əzminə və qələbə ruhuna malikdir"

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri, eləcə də hərbi psixoloqlarla görüşüb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Müdafiə naziri cari ilin ötən dövründə döyüş və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini apararaq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.

Müdafiə naziri bildirib ki, ordu rəhbərliyi şəxsi heyətin Azərbaycançılıq ideyası ilə tərbiyə olunmasını diqqət mərkəzində saxlayır, Azərbaycan əsgərinin vətənpərvər ruhda formalaşmasını, Vətənə, dövlətə sadiq xidmət etməsini təmin edir.

General-polkovnik Z.Həsənov qeyd edib ki, Azərbaycançılıq ideyasına, Heydər Əliyev irsinə yiyələnmiş şəxsi heyət yüksək döyüş əzminə və qələbə ruhuna malikdir, Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadirdir.

Orduda həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən quruculuq işlərindən danışan Müdafiə naziri tərbiyə işinin də planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daima gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

35 mindən artıq abituriyent imtahan verəcək like
  • 15 May 14:47  
Digərləri 35 mindən artıq abituriyent imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 19-da 2019/2020-ci tədris ili üçün

arrow Ətraflı
Azərbaycanın daha çox məhsul ixrac etdiyi ölkələrin SİYAHISI like
  • 15 May 14:45  
Digərləri Azərbaycanın daha çox məhsul ixrac etdiyi ölkələrin SİYAHISI

2019-cu ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fi

arrow Ətraflı
ABŞın məşhur mərkəzindən like
  • 15 May 14:44  
Siyasət ABŞın məşhur mərkəzindən

ABŞ-ın nüfuzlu "The National İnterest" analitik mərkəzi Azərbay

arrow Ətraflı
Rəşad Dağlı oğlu ilə  FOTO like
  • 15 May 14:41  
Şou-biznes Rəşad Dağlı oğlu ilə FOTO

Meyxanaçı Rəşad Dağlının oğlu ilə fotosu yayılıb

arrow Ətraflı
Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək like
  • 15 May 14:37  
Digərləri Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 19-da 2019/2020-ci tədris ili üçün

arrow Ətraflı
Bu marşrut xəttinin hərəkət trayektoriyası bərpa edildi like
  • 15 May 14:36  
Digərləri Bu marşrut xəttinin hərəkət trayektoriyası bərpa edildi

Abşeron rayonunda fəaliyyət göstərən marşrut xəttinin hərəkət trayekt

arrow Ətraflı
Zahid Sabirabadlının məzar daşına 10 min manatı kim ödədi? like
  • 15 May 14:32  
Şou-biznes Zahid Sabirabadlının məzar daşına 10 min manatı kim ödədi?

Mərhum klarnet ifaçısı Zahid Sabirabadlının məzar daşı hazırlanıb.

arrow Ətraflı
"İcbari tibbi sıgortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək" like
  • 15 May 14:26  
Digərləri "İcbari tibbi sıgortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək"

İcbari tibbi sıgortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləc

arrow Ətraflı