ABŞın məşhur mərkəzindən


Siyasət 15 May 2019 14:44:10 201 0

ABŞın məşhur mərkəzindən

ABŞ-ın nüfuzlu "The National İnterest" analitik mərkəzi Azərbaycana qarşı beynəlxalq hüquq prinsiplərinə qarşı zidd addım atıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, analitik mərkəzin saytında Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılmış separatçı rejimin "xarici işlər naziri" Masis Mailyanın məqaləsi dərc olunub. Separatçı nazirin məqaləsi atəşkəs sazişinin 25 illiyinə həsr olunub və təbii ki, Mailyan qondarma rejimi münaqişədə tərəf kimi göstərib. Bu, münaqişənin həlli ilə bağlı beynəlxalq vasitəçilərin missiyasına, o cümlədən beynəlxalq qanunlara zidd davranışdır. Həmçinin, "The National İnterest"in bu addımı ABŞ-Azərbaycan münasibətlərinə də uyğun deyil.