Azərbaycanda 100 mindən çox “Kalaşnikov” avtomatı istehsal edilib


Digərləri 15 May 2019 14:03:00 227 0

Azərbaycanda 100 mindən çox “Kalaşnikov” avtomatı istehsal edilib

Azərbaycanda Rusiya lisenziyası ilə 100 mindən çox “AK-74M Kalaşnikov” avtomatı istehsal edilib

Bakı. Azərbaycanda Rusiya lisenziyası ilə 100 mindən çox “AK-74M Kalaşnikov” avtomatı istehsal edilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın müdafiə-sənaye kompleksinin nümayəndəsi Minskdə keçirilən “MILEX 2019” beynəlxalq silah sərgisində deyib. Onun sözlərinə görə, ölkədə "Kalaşnikov" avtomatlarının istehsalı 2021-ci ilədək davam edəcək: “Ümumilikdə 120 minədək “AK-74M” avtomatının istehsalı nəzərdə tutulur”. Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən AK-74M avtomatlarını istehsal edir. Bu avtomatlara “Xəzri” adlı verilib.