Azay Quliyev vətəndaşları fəal olmağa çağırdı


Digərləri 15 May 2019 13:37:00 280 0

Azay Quliyev vətəndaşları fəal olmağa çağırdı

Vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və elektron hökumətə keçidlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası göstərdiyi xidmətləri tamamilə elektronlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Şuranın sədri Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Şura 2019-cu ildə 20 elektron xidmətin vahid bazada birləşdiyi SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemini yaradıb.

O qeyd edib ki, SƏLİS-ə daxil olan proqramlar arasında innovativliyi ilə seçilən və layihələrin qiymətləndirilməsi prosesində ölkə vətəndaşlarının iştirak edəcəyi yeni e-vətəndaş proqramı mayın 14-dən istifadəyə verilib:

"Məlumat üçün bildirim ki, indiyədək Şura üzvləri layihələrin maliyyələşdirilməsi zamanı ekspert rəyinə və layihə icrası ilə bağlı Katibliyin hər bir QHT haqqında təqdim etdiyi arayışa istinad edərək qərar qəbul edirdi. Bu gündən etibarən isə layihələrin maliyyələşdirilməsinə hər bir Azərbaycan vətəndaşının da rəy bildirmək və onları qiymətləndirmək imkanı olacaq. E-vətəndaş proqramından istifadə qaydaları haqqında Şuranın son aylar paytaxtda və regionlarda keçirdiyi çoxsaylı məlumatlandırma sessiyalarında, ictimai görüşlərdə və yaydığı açıqlamalarda ətraflı məlumat verilib. Lakin bu proqramın ilk dəfə tətbiq olunduğunu nəzərə alaraq, onun bəzi aspektlərinə qısa şəkildə toxunmağı vacib sayıram.

Əvvəla, layihə qiymətləndirilməsində vətəndaşlara yaradılan bu imkan hər şeydən öncə Şuranın fəaliyyətində şəffaflıq amilini daha da gücləndirir və bütövlükdə cəmiyyətdə qərar qəbuletmə prosesində vətəndaş iştirakçılığının təmin olunmasına xidmət edir. İnanırıq ki, hər bir layihənin maliyyələşdirilməsi üçün təqdim edəcəyiniz rəylər layihədə əks olunan problemlərin həllinə və vətəndaş maraqlarının nəzərə alınmasına öz töhfəsini verəcək.