Axtarışda olan Bakı sakininin evindən narkotik çıxdı


Digərləri 15 May 2019 13:22:00 178 0

Axtarışda olan Bakı sakininin evindən narkotik çıxdı

291 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bakı. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan İ.Məmmədyarova məxsus evdə əməliyyat-axtarış tədbirləri keçirilib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oradan narkotik vasitə olan marixuana və metadon, habelə həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 291 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.