Brilliantdan Aygün və Faiqə sərt sözlər: "Yanıma gətirib, göylərə qaldırmışam, çaşıblar"


Şou-biznes 15 May 2019 13:19:00 191 0

Brilliantdan Aygün və Faiqə sərt sözlər: "Yanıma gətirib, göylərə qaldırmışam, çaşıblar"

Xalq artisti Brilliant Dadaşova "MTV Azərbaycan"da müğənni Rəhim Rəhimlinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, Dadaşova küsülü olduğu müğənnilərlə bağlı qalmaqallı açıqlamalar verib. Rəhim küsülü olduğu Xalq artisti Faiq Ağayevin onunla bağlı bir açıqlamasını səsləndirib.

Ağayevin dediklərinə qəzəblənən Brilliant küsülülüklərinin əsl səbəbini açıqlayıb:

"Gəldi dedi ki, biletim satılmır, konsertə bir həftə qalıb. Qurban olum, adını ver afişaya vuraq, bilet satılsın. Yoxsa sponsorlar bir də mənlə işləməyəcək. Mən də icazə verdim. Rafiq Babayev dedi ki, ya sən ağılsızsan, ya da həmin adam ağıllıdır. Bir həftə qalıb, biletlər satılmasa, deyəcək, Brilliantın adı var idi deyə, satılmadı. Necə demişdi, eləcə də oldu. Şər də, böhtan da atdı. Rəhmətə getmiş valideynlərimi, ata-anamı söydü. Onu nəinki bağışlamaq, bağışlamağı düşünən insanlar belə, mənə xəyanət etmiş olur.

Mənə sataşır, təhqir edirsə, niyə barışmalıyam? Öz həyat tərzini mənə sırımaq istəyir. Guya mən onun üçün bunu etmişəm. İndi anlayıram ki, vaxtilə öz sənətimə qiymət verməmişəm. Sənətimin aşağısında dayananları tərifləmişəm, özümlə bir tutmuşam. Elə biliblər ki, mənimlə eynidirlər. Başa düşürəm ki, səhv etmişəım".

Brilliant daha sonra illərdir danışmadığı Xalq artisti Aygün Kazımovaya da söz atıb: