Hindistanda 13 nəfəri ildırım vurdu


Digərləri 15 May 2019 12:45:00 205 0

Hindistanda 13 nəfəri ildırım vurdu

Son bir neçə həftə ərzində Hindistanın şimal-şərqindəki Assam ştatında kəskin hava şəraiti nəticəsində azı 23 nəfər həlak olub

Bakı. Son bir neçə həftə ərzində Hindistanın şimal-şərqindəki Assam ştatında kəskin hava şəraiti nəticəsində azı 23 nəfər həlak olub. Trend-in məlumatına görə, 13 nəfər ildırım vurması nəticəsində həlak olub, 10 nəfər isə güclü küləyin qurbanı olub. Ümumilikdə bu ilin əvvəlindən 23 minə yaxın ailə kəskin hava şəraitindən ziyan çəkib.