Nazir: "Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3 faizdən çox olub"


Digərləri 15 May 2019 12:11:00 217 0

Nazir: "Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3 faizdən çox olub"

2019-cu ilin birinci rübündə Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3,6 faiz təşkil edir və bu tendensiya ilin sonunadək davam edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda "Caspian Agro 2019" sərgisinin açılışında deyib.

Nazir bu sahədə innovasiyaların tətbiqinin və qida təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Sərgi barədə danışan İ.Kərimov qeyd edib ki, bu tədbir fermerlərə kənd təsərrüfatı sahəsində ən son yeniliklərlə tanış olmağa imkan verəcək.