İranda sel gəldi:


Dünya 15 May 2019 12:06:00 235 0

İranda sel gəldi:

İranın İsfahan vilayətinin şərqində sel nəticəsində iki nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi açıqlamasında deyib.

M.Xalidinin sözlərinə görə, hadisə nəticəsində 27 yaşlı qadın və 5 yaşlı qız boğulub.

Xatırladaq ki, İranda 18 martdan başlayaraq təxminən 1 ay ərzində baş verən sel və daşqınlar nəticəsində 77 nəfər həlak olub, min nəfərdən çox insan yaralanıb, 4 nəfər itkin düşüb.