23 kəndi mərkəzlə birləşdirən yol çökür FOTO


Digərləri 15 May 2019 11:25:00 219 0

23 kəndi mərkəzlə birləşdirən yol çökür  FOTO

Bəzi ərazilərdə isə asfalt qatının çatlaması yolun hərəkət hissəsini daraldıb

Cənub bölgəsində 20 min əhalinin istifadə etdiyi Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunda yenidən sürüşmə aktivliyinin artması yolda iri çatların yaranmasına gətirib çıxarıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bəzi ərazilərdə isə asfalt qatının çatlaması yolun hərəkət hissəsini daraldıb. 

Bu yolda, demək olar ki, hər il sürüşmə aktivliyi müşahidə olunur. Yolda mütəmadi təmir-bərpa işləri aparılsa da Soltankənd və Hacıcavad kəndləri arasındakı hissədə yol yatağı yenidən dərəyə doğru axmağa başlayıb.

Sözügedən avtomobil yolunda sürüşmənə səbəb təpəlik ərazilərdən axan yeraltı suların yolun yataq hissəsindən keçərək dərəyə axmasıdır.

Cəlilabad rayon FHN komissiyasından bildirilib ki, yolun bu hissəsinə yeraltı suların axıdılmaması üçün suötrücülər qoyulmaqla ərazidə yaxın günlərdə təmir-bərpa işləri aparılacaq.


Xəbərə aid fotolar