Baş prokuror Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək


Digərləri 15 May 2019 10:33:00 172 0

Baş prokuror Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək

Baş prokuror Zakir Qaralov cari il mayın 24-də saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək.

Bakı. Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il mayın 24-də saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux və Göygöl rayon sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.