Şəkiyə düşən güclü dolu kənd təsərrüfata ziyan vurub - İcra Hakimiyyətindən açıqlama (VİDEO)


Digərləri 15 May 2019 10:28:00 167 0

Şəkiyə düşən güclü dolu kənd təsərrüfata ziyan vurub - İcra Hakimiyyətindən açıqlama (VİDEO)

Şəki şəhərinə güclü dolu düşüb.

Bakı. Ceyhun Ələkbərov - Şəki şəhərinə güclü dolu düşüb. Bu barədə Trend-ə Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov məlumat verib. S.Yusifov bildirib ki, şəhər mərkəzində və ətraf kəndlərdə müşahidə olunan dolu 5-10 dəqiqə davam edib: "RİH nümayəndələri iş başındadırlar, dolunun daha çox hansı ərazilərə düşdüyü və dəymiş ziyanın həcmi araşdırılır. İlkin ehtimallara görə, əsas ziyan kənd təsərrüfatına dəyib. Evlər, o cümlədən obyektlər də ziyan çəkib".