Meşədə narkotik becərən "Çöpçü Rauf" saxlanılıb (FOTO)


Digərləri 15 May 2019 10:06:50 180 0

Meşədə narkotik becərən "Çöpçü Rauf" saxlanılıb (FOTO)

“Çöpçü Rauf” ləqəbi ilə tanınan R. Süleymanlıya şəxsi axtarış keçirilən zaman üzərindən sellofan bükümdə ümumi çəkisi 12 qrama yaxın qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.

Bakı. Mayın 14-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağbulaq kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 327 ədəd çətənə bitkisi aşkar edilib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxslərin İsmayıllı şəhər sakinləri Rauf Süleymanlı və Süleyman Mahmudlu olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. “Çöpçü Rauf” ləqəbi ilə tanınan R. Süleymanlıya şəxsi axtarış keçirilən zaman üzərindən sellofan bükümdə ümumi çəkisi 12 qrama yaxın qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.