ABŞ-da mal əti dükanlardan yığışdırıldı - İnfeksiya yayılıb


Digərləri 15 May 2019 09:42:00 291 0

ABŞ-da mal əti dükanlardan yığışdırıldı - İnfeksiya yayılıb

ABŞ-ın 10 ştatında mal ətindən istifadə nəticəsində bağırsaq çöpləri infeksiyası yayılıb.

Bakı. ABŞ-ın 10 ştatında mal ətindən istifadə nəticəsində bağırsaq çöpləri infeksiyası yayılıb. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktikası üzrə Federal Mərkəzin yaydığı açıqlamada qeyd edilib. Məlumata görə, bu gün üçün 196 infeksiyaya yoluxma halı qeydə alınıb. Onların arasında azyaşlılar və yaşlı insanlar da daxil olmaqla 28 nəfərin bu diaqnozla xəstəxanaya yerləşdirildiyi bildirilir. Ötən ayla müqayisədə bu göstəricinin artdığı qeyd edilir.