Bakıda gənc itkin düşdü


Digərləri 15 May 2019 08:40:00 181 0

Bakıda gənc itkin düşdü

Bakı sakini naməlum şəraitdə itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində qeydə alınıb.

Gəncə prospekti 69, mənzil 129-da yaşayan Manafova Vüsalə Nizami qızı polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1991-ci il təvəllüdlü Manafov Gündüz Elxan oğlu aprelin 28-də evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.