Meksikada barda atışma baş verib, ölən və yaralananlar var


Digərləri 15 May 2019 08:11:00 165 0

Meksikada barda atışma baş verib, ölən və yaralananlar var

Meksikanın Playa-del-Karmen kurort şəhərində (Kintana-Roo ştatı) silahlı şəxslər bara hücum edib

Bakı. Meksikanın Playa-del-Karmen kurort şəhərində (Kintana-Roo ştatı) silahlı şəxslər bara hücum edib. Trend-in ştatın prokurorluğuna istinadən verdiyi məlumata görə, iki silahlının barda olan insanlara atəş açması nəticəsində bir nəfər həlak olub, 11 nəfər isə yaralanıb. Bildirilir ki, silahlı hücum gecə saatlarında, barda insanların çox olduğu zamanda baş verib. Hadisə yerinə dərhal polis əməkdaşları, ordu bölmələri və dəniz piayadaları cəlb edilib.