Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq


Digərləri 15 May 2019 07:45:00 194 0

Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq

Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün onlarla bağlı yeni bir tələbin qoyulması təklif edilir.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda təhsil müəssisələrinə nəzarətin güclənməsi üçün onlarla bağlı yeni bir tələbin qoyulması təklif edilir. Trend-in məlumatına görə, bununla bağlı “Təhsil haqqında”” qanuna dəyişikliklər edilir. Bu dəyişikliklərə əsasən, dövlət tərəfindən “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” yaradılacaq. Bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.