Yaşlı kişiyə çaqqal hücum edib FOTO


Digərləri 15 May 2019 07:35:00 248 0

Yaşlı kişiyə çaqqal hücum edib  FOTO

Zaqatala sakinini çaqqal yaralayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini 1962-ci il təvəllüdlü Fərman Qurbanəliyev torpaq sahəsində işləyərkən çaqqalın hücumuna məruz qalıb.Yırtıcının hücumu zamanı ayağından xəsarət alan F.Qurbanəliyev daha sonra çaqqalı öldürə bilib.

Sağ ayağının baldır nahiyyəsindən xəsarət alan Fərman Qurbanəliyev Zaqatala Rayon mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.


Xəbərə aid fotolar