Günün qoroskopu: Hadisələrin axarına süni müdaxilələr etməyin.


Digərləri 15 May 2019 00:01:00 254 0

Günün qoroskopu: Hadisələrin axarına süni müdaxilələr etməyin.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - proseslər üzərində tam nəzarətə malik olduğunuzu düşünməyin. Belə kontrol hissi illüzordur. Xəyallara aldanmayın. Gərəkli vaxtda lazımi yerdə olmaq üçün bütün imkanlardan istifadə edin.

Yaxın gələcəklə bağlı perspektivlərinizi dəyərləndirin. Qəfil xəbərlərdən maraqlarınız üçün istifadə edin. Mühüm olay yaşanacaq.

Günün ikinci yarısındakı hadisələr, situasiya təsadüfi deyil.

Həmkarlar və dostlarla aktiv təmaslarda olun. Ehtiyac duyduğunuz məlumatları əldə etməyə can atın. Tələsik təmaslarda heç bir fayda yoxdur.  

Buğa - şəxsi münasibətlər üçün birmənalı zaman deyil. İşgüzar danışıqlarda sadəlövhlük yolverilməzdir. Hadisələrin istənilən məcrada inkişafına hazır olun. Gərgin, çətin zamandır.

Günün ikinci yarısında yeni işlərə başlamağa tələsməyin. Çətin, riskli işə başlamazdan əvvəl zəruri dəstəyi almağı unutmayın. Yalnız bələd olduğunuz fəaliyyət növünü seçin.

Köhnə və sınanmış əlaqələri bərpa edin. Çoxdan gözlədiyiniz məlumatı alacaqsınız. Axşam saatlarında stressdən qurtulun.

Əkizlər - günün ilk yarısında yeni layihəyə başlamaq olar. Diqqətli və sayıq olun. Yarımçıq işləri başa vurmasanız, onlar əlavə yüklərə çevriləcəklər.

Münasibətlərdə böhran yaşanır. Nəzərdə tutduğunuz məsələnin həllini ertələməyin. Hadisələrin ritmi dəyişir. Situasiyaya uyğunlaşın.

Günün ikinci yarısında böyük ümidlər bəslədiyiniz planları daha əlverişli zamanadək ertələyin. Yeni yanaşma, dərin təhlil tələb edən işlərdə sərvaxt olun. Alınmayan, əvvəllər vaxt azlığından problemin həlli üçün pis vaxt deyil.

Axşam saatlarında enerji səviyyəniz yüksək olacaq. Əlavə motivasiyaya ehtiyac yoxdur.

Xərçəng - günün ilk yarısında əsəblər tarıma çəkiləcək. Emosiyalarınıza hakim olun, hisslərə qapılmayın. Mühafizəkar, retroqrad insanların təsirinə düşməyin. Fəaliyyətiniz təftiş və təhlil tələb edir. Hesabatlarda dəqiq olun.

Borcları qaytarın, vədləri yerinə yetirin.  

Günün ikinci yarısında yaşamızın müəyyən sahələrini qaydaya salın. Əsas planın icrasına başlamaq olar.

Yaxınlarınıza qarşı sərt iradlar irəli sürməyin. Ən önəmli məsələnin həllinə başlayın.

Səhhətinizin qeydinə qalın. Rasionunuza nəzarət edin. Yarımçıq işi bitirin.

Şir - xoşagəlməz situasiyanı əvvəlcədən planlaşdırmağa çalışın. Nəzərdə tutduğunuz işlərdə qəfil dəyişikliklər olacaq. Hisslərinizə hakim olun, emosiyalara qapılaraq sonradan peşmançılıq hissi yaradacaq addım atmayın. Dünən sizə maraqlı ətir bağışlayan adam bu gün arxa plana düşə bilər.

Günün ikinci yarısı alış-veriş üçün əlverişli deyil. Detalları və təfərrüatları dəqiqləşdirməmiş yeni əməkdaşlığa başlamayın. Təhlükəsizliyin təminatı detalların araşdırılması ilə bağlıdır.

Şəxsi münasibətlərdə sentimentallıq dövrü başlanır. Sevdiyiniz insanla diqqətli, qayğıkeş olun. Axşam saatları romantik hisslər istisna deyil.

Qız - stansionar proseslərdən uzaqlaşın, aktiv olun. Qəfil xəbərə, uzaqdan gələn məlumata diqqət yetirin. İrəliyə doğru hərəkətinizə mane olan, planlarınıza zərər verən nüansları müəyyənləşdirin. Diqqət, sərrastlıq, dəqiqlik tələb edən işlərlə məşğul olun.

Sizi zinhara gətirən, artıq usandığınız məsələdə günün ikinci yarısında ciddi dəyişikliklərə nail olmaq mümkündür. Qətiyyətli və iradəli olun. Fikrinizi mənasız işlərə yayındırmayın.

Maraqlı ideyalar, tapıntılar istisna deyil. Başladığınız işləri yarımçıq qoymayın.

Tərəzi - ehtiyatlı olun, bələd olmadığınız situasiyalarda özünüzü itirməyin. Risk məsləhət deyil. Yalnız nəyisə düzəltmək, durumu xilas etmək üçün avantüraya qapılmaq olar. Yaxınlarınızı diqqətsiz qoymayın.