Azərbaycan nefti bahalaşır


Digərləri 14 May 2019 23:30:00 180 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 13-də 74,24 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 13-də 74,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,07 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,05 dollar/barel çoxdur.