Orucluq zamanı Bakı kəndlərindən Bakıya gedən şəxs məsafəni necə hesablamalıdır?


Digərləri 14 May 2019 22:45:00 188 0

Orucluq zamanı Bakı kəndlərindən Bakıya gedən şəxs məsafəni necə hesablamalıdır?

Orucluq zamanı kəndlərdən rayon mərkəzinə və ya Bakı kəndlərindən Bakıya gedən şəxs məsafəni necə hesablamalıdır?

Şəriət hökmlərinə görə, səfər şərtlərinə cavab verən yola çıxmış şəxs geri qayıdana kimi oruc tutmaqdan azaddır və gündəlik 4 rükətli namazlarını qəsrlə 2 rükət şəklində qılmalıdır.

Son.az islam.az-a istinadən bildirir ki, səfərin şərtlərindən biri də məsafədir. Belə ki, gedib-qayıtmaqla üst-üstə məsafə 8 fərsəxdən çox olmalıdır, bu da müasir hesabatla 43-44 km.-ə bərabərdir. İki məntəqə arasındakı məsafə hesablanarkən məntəqələrin son nöqtələri arasındakı məsafə əsas götürülür. Belə ki, insanın səfərə çıxdığı məntəqənin (şəhərin, kəndin, qəsəbənin) son çıxış nöqtəsi ilə getdiyi məntəqənin ilk giriş nöqtəsi götürülür. Kənddən şəhərə səfər edən şəxs məsafəni ölçmək üçün kəndin çıxışından şəhərin girişinə kimi olan yola baxmalıdır. (Bakı kəndləri üçün Bakının girişı Koroğlu metrosu sayılır). Bu yol gedib-qayıtmaqla üst-üstə 43-44 km.-dən artıqdırsa, şəriət baxımından səfər şərtləri reallaşmış olur.