Elon Musk Amazonun hazırladığı yeni cihazına ciddi yanaşmır


Digərləri 14 May 2019 22:15:00 225 0

Elon Musk Amazonun hazırladığı yeni cihazına ciddi yanaşmır

Elon Musk "Amazon"nun sahibi və dünyanın ən zəngin adamı Jeff Bezosa "Twitter" vasitəsi ilə müraciət edib.

Son.az chip.az-a istinadən bildirir ki, bir müddət əvvəl  Musk "Amazon" təmsilçisinin  internet əlaqələri üçün kosmosa 3 min peyk göndərmək istəyi ilə bağlı  "Twitter" üzərindən Bezosu "təqlidçi" adlandırmışdı. Elon Musk bu dəfə də Bezosun Aya göndərmək istədiyi "Blue Moon" haqqında paylaşım edib.

Jeff Bezosa məxsus "Blue Origin" və Elon Muskun  "SpaceX" şirkətləri mövcud sektorda xüsusi rəqabətə sahibdirlər. Elon Muskun  "Blue Moon" haqqında söylədiyi fikirlər də bu rəqbətdən qaynaqlanır. Hər iki şirkət ay və Marsa getməyi planlaşdıraraq, təkrar istifadə edilə bilən raketləri istehsal edir.

Elon Musk, Twitter'dan Jeff Bezos'a Salladı: Alay Etmeyi Bırak Jeff

Musk  bu haqqda yayımlanan xəbərə ironik zarafat əlavə edərək sosial şəbəkədə paylaşıb.