Ramazan ayında görülməli əsas iş


Digərləri 14 May 2019 21:55:00 209 0

Ramazan ayında görülməli əsas iş

Əmirəl-möminin (ə) Peyğəmbərdən (s) soruşur: "Ramazan ayının ən yaxşı işi hansıdır?". Buyurur: "Təqva - Ramazan ayının ən yaxşı zamanıdır. Ramazan ayında ən yaxşı əməl günahdan çəkinməkdir".

Çox təəssüf ki, insan məsum deyildir və hər an günah işlətməyə qadirdir. Ramazan ayı on bir ayın sultanıdır və insan bu ayda qalan on bir ayda etdiyi günahlarından saflaşmağa və paklanmağa çalışar. Ona görə də bu müqəddəs ayda günahdan çəkinər. Oruc insanı tərbiyə edər. İnsan orucun sayəsində dilinə, gözünə və qulağına hakim olmağı öyrənər. Günahın zəminəsini hiss edən kimi ondan çəkinər və nəfsini islah edər.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Bədbəxtliyin nişanəsi gözün quru olması, ürəyin sərt olması, dünyaya qarşı şiddətli həris olmaq və günahda israr etməkdir".

Qurani-Kərim insanı yersiz yerə təqvalı olmağa dəvət etmir. Əgər insan təqvalı olarsa, günahı da tərk edər və əgər təsadüfən günah işlədərsə, Allah o günahları gizlədər. "Əgər bir şeyi aşkar etsəniz, yaxud gizlətsəniz (fərqi yoxdur) şübhəsiz Allah həmişə hər bir şeyi (hətta sizin qəlbinizdən keçənləri belə) biləndir". ("Əhzab" 54).

Bunu qeyd etmək lazımdır ki, gizli günahlar həmişə gizli qalmaz. Elə bir gün gəlib çata bilər ki, insan geri qayıtmaq üçün yol tapmaz və etdiyi bu günahlarına görə həsrət çəkər. "Məhz o gün insan: "Qaçıb qurtulmaq üçün yer haradadır?" - deyəcəkdir". ("Qiyamət" 10).

"Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün (O gün, İlahi əzabının müqabilində) onun nə bir gücü, nə də bir köməkçisi olar". ("Tariq" 9-10).

"(Çünki) günahkarlar üzlərindən tanınırlar. Buna görə də onların kəkillərindən və ayaqlarından tutacaq (və Cəhənnəmə atacaq)lar". ("Rəhman" 41).