Yer güclü maqnit qasırğasının


Dünya 14 May 2019 21:36:00 212 0

Yer güclü maqnit qasırğasının

Yer kürəsi son illərin ən güclü maqnit qasırğasına məruz qalıb. Qasırğa bu gecənin sonuna qədər davam edəcək.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Ren TV-yə Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun baş elmi işçisi Sergey Boqaçov məlumat verib.

Verilən məlumata görə,  maqnit qasırğası peyk rabitəsində və naviqasiya sistemlərində problemlər yarada, həmçinin kosmik aparatların Yer orbitindən uzaqlaşmasına səbəb ola bilər.

"Bu dəfə müşahidə olunan qasırğa peyk vasitəsi ilə göndərilən görüntülərdə  problem yaradacaq. Eyni zamanda bu qasırğa ən böyük qütb parıltısını müşahidə etməyə imkan verəcək. Maqnit qasırğası Günəşdə aktivliyin artması ilə əlaqədardır",- deyə mütəxəssis bildirib.