Baş ağrısına səbəb olan ərzaqlar


Digərləri 14 May 2019 20:39:00 273 0

Baş ağrısına səbəb olan ərzaqlar

Miqren müxtəlif səbəblər nəticəsində meydana gələ bilər.

Son.az Publika.az-a istinadən xəbər verir ki, miqren hücumlarının bir çox səbəbləri istifadə etdiyiniz məhsullarla bağlıdır. Dietoloq Sezen Çetinkaya mövzuyla əlaqədar məlumat verib.

O, bildirib ki, ərzaqların tərkibindəki qatqı maddələri sinir yollarına təsir edərək ağrı yaradır. Miqren xəstələri üzərində aparılan bir çox araşdırmada məlum olub ki, şokolad, pendir, spirt və stress kimi amillər baş ağrısını yaradan əsas səbəbləridir.

Tiramin, histamin və feniletilamin, monosodyum qlutamat, nitrat, nitrit, spirtli içkilər və kofein baş ağrısına səbəb olan maddələrdir.

Tiramin

Metabilizmdə çox rast gəlinən amin növüdür. Qan təzyiqinin artmasına səbəb olur və miqren ağrısını şiddətlənir. Tiramin kiflənmiş pendirdə, qurudulmuş və ya fermentləşdirilmiş ət məhsullarında, soya sousu, sitrus meyvələri, konservləşdirilmiş ərzaqlarda, yerfıstığı və spirtli içkilərdə yüksəkdir.

Feniletilamin

Farmakoloji baxımdan tiraminlə eyni təsirə malikdir. Kakaonun tərkibində olan bir maddədir. Şokoladda kofein, feniletilamin və s. kimi kimyəvi maddələr noradrenalin ifrazını və serebral qan dövranını dəyişdirərək baş ağrısına səbəb ola bilər.

Monosodyum qlutamat