“Hörümçək adam” paltarı geyinən uşaq özünü 8ci mərtəbədən atdı


Dünya 14 May 2019 20:11:00 783 0

“Hörümçək adam” paltarı geyinən uşaq özünü 8ci mərtəbədən atdı

Tbilisidə 4 yaşlı uşaq "Hörümçək adam" paltarı geyinərək özünü 8-ci mərtəbədən atıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qldansk rayonunda baş vermiş hadisədə uşaq sağ qalıb. O, çoxsaylı travma və zədəylə İaşvili adına xəstəxanaya çatdırılıb. Uşağın həyatı üçün hər hansı təhlükə olmadığı bildirilib. Hadisə şahidlərinin sözlərinə görə, 8-ci mərtəbədən özünü atan oğlan, güman ki, binanın həyətindəki ağac və kolların üzərinə düşüb.

O, təcili yardım işçilərinə "Mən özüm uçdum" deyib. Hadisə baş verən zaman azyaşlı nənəsi ilə evdə tək olub. Faktla bağlı araşdırma aparılır.