Avrokomissar: Aİ ilə “Şərq tərəfdaşlığı”arasında ticarət münasibətlərində istifadə olunmamış böyük potensial var


Digərləri 14 May 2019 19:58:44 187 0

Avrokomissar: Aİ ilə “Şərq tərəfdaşlığı”arasında ticarət münasibətlərində istifadə olunmamış böyük potensial var

Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” ölkələri arasında ticarət münasibətlərində istifadə olunmamış böyük potensial var

Bakı. Ləman Zeynalova - Avropa İttifaqı (Aİ) ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında ticarət münasibətlərində istifadə olunmamış böyük potensial var. Trend-in məlumatına görə, bunu Aİ-nin ticarət məsələləri üzrə komissarı Sesiliya Malmström Brüsseldə “Şərq Tərəfdaşlığı”nın onilliyinə həsr olunmuş konfrans çərçivəsində panel müzakirələri zamanı deyib. O bildirib ki, tərəflər arasında ticarət əhəmiyyətli dərəcədə artıb: “Bu sahədə hələ çox iş görmək, islahatlar keçirmək lazımdır. Texniki kömək Aİ tərəfindən təqdim olunacaq. Bu, “Şərq Tərəfdaşlığı”nın hər bir ölkəsinin potensialını açmaq üçün faydalı olacaq. İlk növbədə vəd olunan islahatları reallaşdırmaq və mövcud potensialı istifadə etdiyimizdən əmin olmaq lazımdır”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin