ETSN: Bakıda yaşıllıqların genişləndirilməsinə ciddi ehtiyac yaranıb


Digərləri 14 May 2019 19:34:00 191 0

ETSN: Bakıda yaşıllıqların genişləndirilməsinə ciddi ehtiyac yaranıb

Bakıda son illər ərzində davam edən irihəcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər yaşıllıq sahələrinin qorunmasına və yaşıllıqların genişləndirilməsinə kəskin ehtiyac yaradıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov deyib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərində mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır ki, bu da adambaşına 6 kvadrat metr təşkil edir:

"Ona görə də yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi halları yolverilməzdir. ETSN birmənalı olaraq belə hallara qarşıdır. Dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələr həyata keçirildikdə, qurumuş, təhlükə yaradan və xəstə ağaclardan başqa, ağac kəsilməsi qaydalara ziddir".

B.Dadaşov qeyd edib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar çərçivəsində ağacların köçürülməsi bir sıra hallarda mümkündür.