AGF-nin baş katibi: Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının tamaşaçılarını möhtəşəm açılış mərasimi gözləyir (FOTO)


Digərləri 14 May 2019 19:26:00 167 0

AGF-nin baş katibi: Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının tamaşaçılarını möhtəşəm açılış mərasimi gözləyir (FOTO)

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının tamaşaçılarını möhtəşəm açılışı mərasimi gözləyir

Bakı. Cani Babayeva - Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının tamaşaçılarını möhtəşəm açılış mərasimi gözləyir. Bunu Trend-ə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib. O bildirib ki, mayın 16-da Milli Gimnastika Arenasında başlayan turnir dörd gün davam edəcək: “Yarışların ilk günündə möhtəşəm açılış mərasimi baş tutacaq. Tamaşaçılar gimnastların parlaq çıxışlarının şahidi olacaqlar. Açılış mərasimindən sonra yeniyetmə komandalar arasında çıxışlar başlayacaq. Bütün gimnastika həvəskarlarını Avropa çempionatına dəvət edirik”.