Vatsapdan yayılan QORXUNC TƏHLÜKƏ


Digərləri 14 May 2019 19:14:00 179 0

Vatsapdan yayılan QORXUNC TƏHLÜKƏ

İsrailin "NSO Group" firmasının ərsəyə gətirdiyi "Peqasus" adlı casus mobil tətbiq Vatsap proqramından istifadə edən bütün telefonlara "bulaşır".

Son.az Publika.az-a istinadən xəbər verir ki, casus tətbiqi Vatsap platformasından istifadə edən bütün cihazlara hakerlər tərəfindən uzaqdan yerləşdirmək mümkündür.

Vatsapın mətbuat katibi də bu tətbiqin zəng funksiyası vasitəsilə, sadəcə cavabsız zənglər yolu ilə telefonlara sıza bildiyini təsdiq edib.

Tətbiqin nə qədər insana göndərildiyi məlum deyil. Yalnız şirkət istifadəçilərin seçilərək hədəf alındığını açıqlayıb.

"NSO Group" isə məsələ ilə bağlı açıqlama verməyib.