Bakıda “bomj”ların qadınla yatmaq uğrunda qanlı mübarizəsi


Kriminal 14 May 2019 18:44:00 293 0

Bakıda “bomj”ların qadınla yatmaq uğrunda qanlı mübarizəsi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Azad Dandışın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Dadış 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabrın 30-da Sabunçu rayonunda baş verib.

Ramana qəsəsində 1984-cü il təvəllüdlü İsakov Valeri Anatolyeviçin meyiti yaşadığı mənzildə tapılıb.

Məhkəmə-tibbi ekspertizası İsakovun baş nahiyəsində hematoma aşkarlayıb. Eyni zamanda, onun burnunda da zədə aşkarlanıb.

O da məlum olub ki, İsakov alkoqol aludəçisi imiş, meşşan həyat tərzi keçirib və vərəm xəstəsi olub. Qətldə şübhəli bilinən Ramana qəsəbəsinin sakini Azad Dandış saxlanılıb.