Mikro və kiçik sahibkarların Qida Sənayesi Sərgisində iştirakına dəstək göstərilir


Digərləri 14 May 2019 18:32:00 256 0

Mikro və kiçik sahibkarların Qida Sənayesi Sərgisində iştirakına dəstək göstərilir

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində iştirakına dəstək göstəriləcək.

Bakı. Ölkəmizdə qida sənayesi sahəsində fəaliyyət göstərən startapların, mikro və kiçik sahibkarların 15-17 may tarixlərində Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində iştirakına dəstək göstəriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, agentliyin təşkilatçılığı və “ZiraatBank Azərbaycan”ın dəstəyi ilə müxtəlif sahələrdə fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri sərgidə öz məhsullarını və bu sahədə göstərdikləri xidmətləri təqdim edəcəklər. Mikro və kiçik sahibkarlar üçün ayrılmış xüsusi stenddə onlar tərəfindən istehsal edilən meyvə quruları, süd və süd məhsulları, bal, bitki çayları, milli sağlam qidalar, meyvə şirələri, müxtəlif bitki yağları, sosial sahibkarlıq layihəsi olan şokolad və s. məhsullar nümayiş olunacaq. Məlumat üçün qeyd edək ki, KOBİA startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgilərdə təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir.