Azərbaycan Dəmir Yolları İspaniya şirkəti ilə 10 milyonluq müqavilə imzaladı


Digərləri 14 May 2019 18:24:00 277 0

Azərbaycan Dəmir Yolları İspaniya şirkəti ilə 10 milyonluq müqavilə imzaladı

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Texniki Nəzarət üzrə Məsləhət Xidmətlərinin satınalınması ilə bağlı İspaniya şirkəti ilə müqavilə imzalayıb.

Son.az bildirir ki, Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, QSC tərəfindən Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərinin alınmasına Texniki Nəzarət üzrə Məsləhət Xidmətlərinin satınalınması ilə bağlı İspaniyanın "JV TPF Getinsa Euroestudios - Auxitec Tecnica Y Control" müqavilə imzalayıb.

Satınalma müqaviləsinin məbləği 8 milyon 260 min 743 avro və 2 milyon 360 min dollardır (ƏDV daxil).