Azərbaycanda İLK DƏFƏ taxılyığan kombayn və elektrobus istehsal olunub


Digərləri 14 May 2019 18:13:00 199 0

Azərbaycanda İLK DƏFƏ taxılyığan kombayn və elektrobus istehsal olunub

Gəncə avtomobil zavodu İB-də yeni yığım xəttinin açılış mərasimi təşkil olunub.

İB-dən Son.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq konveyerdən "PALESSE KZS-575" markalı taxılyığan kombayn və E-321 markalı elektrobus çıxıb.

Tədbirdə Belarusun baş nazirinin müavini İqor Vasiliyeviç Lyaşenko, Belarusun Sənaye Nazirinin müavini Dmitri Aleksandroviç Kovçik, "Qomselmaş" ASC-nın baş direktoru Aleksandr Aleksandroviç Novikov, Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə avtomobil zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Xanlar Fətiyev, Gəncə avtomobil zavodu İB-nin direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak ediblər. Qonaqlar taxılyığan kombaynın yığım xətti və zavodla tanış olublar.

Sonra tədbiri giriş sözü ilə Gəncə avtomobil zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili X.Fətiyev açaraq qonaqları salamlayıb və bildirib ki, bu gün müəssisənin həyatında çox əlamətdar bir gündür:

"Biz ilk dəfə traktorları yığmağa başlayanda çoxları buna inanmir və rişxəndlə yanaşırdılar. Amma bu gün Gəncə avtomobil zavodunda yığım xəttindən ilk taxılyığan kombayn çıxacaq və biz bunun şahidi olacağıq. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən kənd təsərrüfatı texnikalarının yığımına başladıq və bu gün artıq kombayn yığırıq. Bu gün Azərbaycanda ilk dəfə olaraq elektrobusların yığımını reallaşdırdıq və müasir, ekoloji təmiz, alternativ enerji ilə təmin olunmuş, komfortlu bir elektrobusu istifadəyə veririk. Bu elektrobuslar artıq Minskin küçələrində əhaliyə yüksək səviyyədə xidmət edir. Gələcəkdə elektrobusların 30-40% ehtiyat hissələrinin Gəncədə istehsal olunması nəzərdə tutulur. Ümidvarıq ki, bizim elektrobusların Azərbaycanın küçələrində ekoloji baxımdan təmiz, keyfiyyətli xidmət göstərəcək" deyə X.Fətiyev əlavə edib.

Sonra çıxış edən Gəncə icra hakimiyyətinin başçısı N.Bayramov qonaqları salamladıqdan sonra Gəncə avtomobil zavodunda gördüklərinin onu sözün yaxşı mənasında təəcübləndirdiyini bildirdi:

"Azərbaycan-Belarus respublikaları arasında çox yaxın dostluq münasibətləri var. İkitərəfli əməkdaşlığın bariz nümunələrindən bir də Gəncə avtomobil zavodudur. Biz zavodda yığılan texnikalarla taniş olduq. Həm traktorların, həm yenicə xəttdən çıxacaq kombaynların və o cümlədən müasir elektrobusların keyfiyyəti çox yüksəkdir. Biz inanırıq ki, elektrobusların yığımı gələcəkdə də davam etdiriləcəkdir. Bu işlərdə kollektivə uğurlar arzu edirəm"

Belarusun baş nazirinin müavini İ.V.Lyaşenko Gəncə avtomobil zavodu İB-ni Belarusun maşınqayırma sənayesi ailəsinin bir üzvünı çevrildiyini və uzun müddətdir ikitərəfli sıx əməkdaşlığın olduğunu vurğuladı: