DİQQƏT! Ölkəmizdə satılan bu balıqlar Rusiya və Çində süni şəkildə yetişdirilənlərdir


Digərləri 14 May 2019 18:14:00 227 0

DİQQƏT! Ölkəmizdə satılan bu balıqlar Rusiya və Çində süni şəkildə yetişdirilənlərdir

Azərbaycanda bazarda satılan nərəcinsli balıqların 99,9 faizi xaricdən gətirilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Su Nəqliyyatında Polis Idarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda satılan nərəcinsli balıqlar əsasən, Rusiya və Çində süni şəraitdə yetişdirilib.

E.Süleymanov sosial şəbəkələrdə nərəcinsli balıqların ovlanması ilə bağlı yayılan videogörüntülərə də münasibət bildirərək deyib ki, həmin video 2015-ci ilə aiddir:"Videogörüntüdə olanlar Azərbaycan vətəndaşı olsalar da, brakonyerlik halı Azərbaycan hövzəsində deyil, Rusiya ərazisində-Dağıstanda baş verib".