Orxan Məmmədov Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının sədri ilə görüşüb


Digərləri 14 May 2019 18:18:00 302 0

Orxan Məmmədov Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının sədri ilə görüşüb

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyənin kiçik və orta sahibkarlığın inkişafı sahəsindəki geniş təcrübəsindən istifadə etmək məqsədilə bu ölkənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB) ilə əməkdaşlığı genişləndirəcək.

Son.az bildirir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, mayın 14-də Ankarada İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun KOSGEB-in sədri Cəvahir Uzkurt ilə görüşündə KOBİA-nın təşkilatın geniş təcrübəsindən yararlanmasına, hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsinə, bu sahədə birgə tədbir və layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb. Görüşdə həmçinin, KOBİA-nın və KOSGEB-in fəaliyyəti, sahibkarlara göstərdikləri xidmətlər və dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Görüşdən sonra KOBİA və KOSGEB arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Türkiyəyə səfər çərçivəsində nümayəndə heyəti həmçinin, Türkiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Varank və nazir müavini Çətin Əli Dönməz, Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Katılım Bankçılığı Birliyinin, "Türk Eximbank"ın nümayəndələri, İslam İnkişaf Bankının regional ofisinin rəhbərliyi ilə görüşüb, müvafiq sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.


Xəbərə aid fotolar